• cümə axşamı, 25 aprel, 05:02
  • Baku Bakı 19°C

Türkiyə prezidenti: "Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək"

03.12.17 17:22 2118
Türkiyə prezidenti: "Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək"
"Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək".
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanAğrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.
R. T. Ərdoğan deyib ki, Ermənistan xüsusən də erməni diasporunun təsiri ilə israrla Türkiyə ilə dostluq kanallarını qapalı saxlamaqdadır: "Buna görə Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa da davam edəcək. Ancaq Ermənistandan fərqli olaraq Gürcüstan bir körpü vəzifəsini yerinə yetirərək özünə aydın bir gələcək inşa edib. Bizimlə dost olanlar qazanar, düşmən olanlar itirər".
banner

Oxşar Xəbərlər