• cümə, 29 Mart, 09:28
  • Baku Bakı 5°C

Türkiyə PKK-çılara qarşı əməliyyatda 8 şəhid verdi

13.05.16 10:29 1022
Türkiyə PKK-çılara qarşı əməliyyatda 8 şəhid verdi
Türkiyənin şərqindəki Hakkari vilayəti ərazisində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmada 6 hərbçi şəhid olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, bu gün yerli vaxtla saat 04.50-də Hakkarinin Çukurca qəsəbəsi ərazisində, Çığlı hərbi hissəsinin yerləşdiyi ərazidə terrorçularla baş verən döyüşdə 6 əsgər şəhid olub, 8-i yaralanıb. Terrorçulara müdaxilə etmək üçün göndərilən hərbi helikopter isə qəzaya uğrayıb. Nəticədə 2 pilot həlak olub. "Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə "F-16” təyyarəsi, hücum helikopterləri, pilotsuz uçuş aparatları və əlavə bölmələr göndərilib. İndiyə qədər 6 terrorçu məhv edilib, əməliyyat davam edir”, - deyə Baş Qərargahın açıqlamasında bildirilir.
banner

Oxşar Xəbərlər