• cümə, 29 Mart, 11:38
  • Baku Bakı 5°C

Türkiyə parlamenti növbədənkənar seçkilər barədə qərar qəbul edib

20.04.18 18:35 935
Türkiyə parlamenti növbədənkənar seçkilər barədə qərar qəbul edib
Bu günTürkiyə Böyük Millət Məclisində növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif səsverməyə çıxarılıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, təklif parlamentdə 386 səslə qəbul edilib.

Beləliklə, bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Təklifin müəllifləri Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasıdır.
banner

Oxşar Xəbərlər