• cümə, 19 Aprel, 10:41
  • Baku Bakı 13°C

Türkiyə ordusunun yaxın günlərdə Suriyanın hansı bölgəsində əməliyyat aparacağı açıqlanıb

14.01.18 15:33 708
Türkiyə ordusunun yaxın günlərdə Suriyanın hansı bölgəsində əməliyyat aparacağı açıqlanıb
Türkiyə ordusu yaxın günlərdəSuriyanın Afrin bölgəsinin PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən azad edilməsi əməliyyatına başlayacaq.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədriRəcəb Tayyib ƏrdoğanTokat rayonunda AKP-nin rayon təşkilatının konfransında bəyan edib.
R. T. Ərdoğan deyib ki, Türkiyə ordusunun Afrin əməliyyatı zamanı ABŞ və digər müttəfiqlərdən özlərini müttəfiq kimi aparmasını gözləyir: "Biz bölgədə ABŞ-la birlikdə hərəkət edə biləcəyimizi düşünürük. Biz onlardan Türkiyənin qanuni səylərinə dəstək verməyi gözləyirik. Afrin əməliyyatı zamanı onların bölgədəki hərbi qüvvələrinin terrorçularla eyni sırada yer almayacağına ümid edirik. Afrin əməliyyatının da "Fərat qalxanı" əməliyyatı kimi zəfərlə yekunlaşacağına inanıram".
banner

Oxşar Xəbərlər