• cümə, 19 Aprel, 01:39
  • Baku Bakı 18°C

Türkiyə ordusu xüsusi əməliyyat keçirib, 14 PKK terrorçusu öldürülüb

26.03.17 17:46 799
Türkiyə ordusu xüsusi əməliyyat keçirib, 14 PKK terrorçusu öldürülüb
Bu gün Türkiyə təhlükəsizlik qüvvələri 14 PKK terrorçusunu zərərsizləşdirib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında pilotsuz təyyarə vasitəsi ilə Tunceli rayonunun Qutu dərəsi bölgəsində bir qrup PKK terrorçusu aşkarlanıb.
Bu gün səhər saatlarında hərbi vertolyotların da iştirakı ilə xüsusi əməliyyat keçirilib və 14 terrorçu öldürülüb. Əməliyyat zamanı bir əsgər yüngül yaralanıb.
Məhv edilən PKK terrorçularının tez-tez Tuncelidə yol kəsib, avtomobilləri yandıran qrupun üzvü olduqları bildirilir.
banner

Oxşar Xəbərlər