• cümə, 19 Aprel, 11:08
  • Baku Bakı 13°C

Türkiyə ordusu Suriyada terrorçulara cavab zərbəsi endirib

21.03.21 13:00 758
Türkiyə ordusu Suriyada terrorçulara cavab zərbəsi endirib
Suriyadan atılan raket mərmilərinin Türkiyənin Kilis əyaləti ərazisinə düşməsindən sonra ölkənin Silahlı Qüvvələrinin bölmələri YPG (PKK terror təşkilatının Suriya qanadı) terrorçularının mövqelərinə cavab zərbəsi endirib.
Bu barədə"Report”"Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, zərbə nəticədə 20-dən çox hədəf məhv edilib, xeyli sayda terrorçu öldürülüb.
Qeyd edilir ki, Türkiyə ordusunun cavab zərbəsi ölkənin cənubundakı Kilis əyaləti ərazisinə mərminin düşməsindən dərhal sonra endirilib.
Cavab zərbəsi zamanı yalnız atəş nöqtələrinə deyil, həm də Tel-Rıfatda terrorçuların nəzarəti altında olan hədəflərə zərbələr endirilib.
Qeyd edək ki, daha əvvəl Suriyadan Türkiyənin Kilis vilayətinə raketlər atılıb. YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyanvurmayıb.
banner

Oxşar Xəbərlər