AZE | RUS | ENG |

Türkiyə Naşirlər Birliyindən Maliyyə Nazirliyinə müraciət

Türkiyə Naşirlər Birliyindən Maliyyə Nazirliyinə müraciət
Türkiyə Naşirlər Birliyi yazar və tərcüməçilərin gəlirinə tətbiq olunan ağır vergi yükünün götürülməsi üçün Maliyyə Nazirliyinə müraciət edib. "edebiyat”-ın xəbərinə görə, nazirliyə göndərilən müraciətdə bildirilir: "Çap kitab və dərgi yayımında əsas ödəmələr müəllif hüquqları və bu hüquqların qorunması üçün tətbiq edilən vergilərdir. Naşirlərin müəllif hüquqları üçün ödədiyi 17%-lik vergidən əlavə müəlliflərə də 18% verginin tətbiq edilməsində heç bir məntiqi səbəb yoxdur. Nəzərə alınsa ki, nəşriyyatlar da ödədiyi verginin bir hissəsini yenə yazardan tutur, naşirlik və yazarlıq sektorunun necə ağır vergi ödəmələri ilə yükləndiyi aydın görünər. Nəşriyyatlar tərcüməçinin, yazarın, dizaynerin haqqı olan puldan kəsib dövlətə ödəyir. Bundan isə ilk növbədə müəlliflər ziyan görür, gəlirləri azalır. Yaradıcı sənaye artıq bu vergi yükünü daşıya bilmir.
Məsələn, bir müəllif ildə hardasa bir kitab yaza bilir. Bir kitab isə ortalama 3000 tl gəlir deməkdir. Yuxarıda qeyd etdiyimiz vergilər ödənildikdə yazarın gəlirinin 13 hissəsi tamamilə vergi ödəmələrinə gedir. Yazarın gəliri 1950 tl-yə düşür.
Bir tərcüməçi ildə yaxşı halda 3-4 kitab hazırlaya bilsə, illik 15 min tl gəliri var. Lakin bu gəliri, həqiqətən də, əldə edə bilirmi? Bu ümumi gəlirin 5250 lirəsi vergi şəklində ödənir. Tərcüməçinin xalis gəliri 9750 tl-yə düşür, bu isə ayda 812 tl maaş deməkdir.
Bu problemin birmənalı şəkildə həllini tapa bilməsi üçün müəllif hüququ ödəmələri üzərindəki gəlir və əlavə dəyər vergisi götürülməlidir. Dünya təcrübəsində saysız-hesabsız ölkədə yaradıcı sənayenin inkişafına dəstək olmaq məqsədilə dövlət vergiləri ya tamamilə götürür, ya da ən minimuma endirir. Naşirlər Birliyi olaraq, gəlir vergisi qanununa yenidən baxılmasını, gəlir vergisi qanununun 94-cü maddəsin (a) bəndinin tətbiqdən qaldırılmasını tələb edirik.
ƏDV kitab naşirləri üzərində maliyyə yükü formatında olmayan bir çərçivəyə salınmalıdır. Prossedurların həyata keçirilməsi üçün tutulan xidmət haqlarının ləğv edilməsi, təmin olunacaq istisna və endirimlər daha çox kitaba çap imkanı verəcək, yaradıcı sənayeyə marağı artıracaq. Bu məsələlər ilə bağlı lazımı qərarların alınması, addımların atılması naminə Maliyyə Nazirliyini mədəniyyət sahəsi və nəşriyyat sektoruna qarşı cari münasibətini dəyişməyə dəvət edirik".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000