AZE | RUS | ENG |

Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığını azaldır

Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığını azaldır
Türkiyə Respublikası müdafiə sənayesi sahəsində xarici ölkələrdən asılılığını sürətlə azaltmaqdadır.
 
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Sakariya şəhərində çıxışı zamanı bu barədə geniş məlumat verib.
 
Prezident diqqətə çatdırıb ki, AKP hakimiyyətə gələn dövrlərdə Türkiyə müdafiə sənayesi məhsulları ilə daxili tələbatın 20 faizini təmin edirdi. Hazırda bu göstərici 68 faizə yüksəlib. Dövlət başçısı qeyd edib ki, bu sahədə daha ciddi tədbirlər görülməkdədir.
 
Qeyd edək ki, Türkiyə istehsal etdiyi "ATAK” helikopterlərini Pakistana, pilotsuz uçuş aparatlarını isə Ukraynaya satmaq üçün alıcı tərəflərlə müqavilə imzalayıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN