• cümə, 26 Aprel, 21:57
  • Baku Bakı 22°C

Türkiyə millisi Avropa çempionatına məğlubiyyətlə başladı

12.06.16 19:04 1432
Türkiyə millisi Avropa çempionatına məğlubiyyətlə başladı
Türkiyə milli komandası Fransada keçirilən futbol üzrə Avropa çempionatına məğlubiyyətlə başlayıb.

APA-nın məlumatına görə, bu gün Türkiyə və Xorvatiya millilərinin qarşılaşması ilə "D” qrupunda oyunlara start verilib.

İsveçli baş hakim Conas Erikssonun idarə etdiyi matçın ilk hissəsinin 41-ci dəqiqəsində Xorvatiya millisinin oyunçusu Luka Modriç hesabı açıb. İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, tərəflərin heç bir fərqlənə bilməyib.

Bununla da Türkiyə millisi "D” qrupunda ilk oyunu məğlub olub.
banner

Oxşar Xəbərlər