• cümə, 19 Aprel, 09:47
  • Baku Bakı 13°C

Türkiyə mediası Bakı paradından geniş bəhs edib

17.09.18 19:43 693
Türkiyə mediası Bakı paradından geniş bəhs edib
Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən təntənəli parad Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Yayılan materiallarda bildirilir ki, Azərbaycanın və Türkiyənin dostluq və qardaşlıq münasibətləri hazırda tarixin bütün dövrlərində olduğundan daha möhkəmdir. Bu, sıx, təmənnasız və tarixi əhəmiyyət daşıyan əlaqələrin qorunmasında və inkişafında iki ölkənin prezidentləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin səmimi dostluq və qardaşlıq münasibətləri böyük gücə malikdir.
Türkiyə KİV-lərinin Ərdoğanın çıxışındakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı məqamlara geniş yer ayırması bütövlükdə Türkiyə xalqının Azərbaycana qardaşlıq münasibətinin təzahürüdür. Məsələn, "Yeni Akit” qəzetində dərc edilən "Azerbaycan’ın gurur günü” başlıqlı məqalədə Türkiyə prezidentinin səsləndirdiyi fikirlərə geniş yer verilib. "Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir”, - deyə qəzet yazır. "Hürriyet” qəzeti isə Türkiyə liderinin böyük şair, mərhum Bəxtiyar Vahabzadənin şerini oxuduğunu vurğulayıb. "Bəli, Türkiyə və Azərbaycanın birliyi bu misralarda təcəssüm edən qardaşlığın ən gözəl nümunəsidir”, - deyə qəzet prezidentin sözlərinin sitat çəkib. "Milliyet” qəzetində dərc edilən "Karabağ’da adımı işgalciler atmalı” başlıqlı məqalədə də Bakıda keçirilən tədbirdə prezidentlərin çıxışıları əks olunub.
Anadolu, İHA və DHA xəbər agentlikləri, TRT HABER, HABER TÜRK, TRT AVAZ və başqa televiziya kanalları, "Yeni çağ”, "Akşam”, "Posta”, "Hüriyyət”, "Milliyyət”, ”Sabah”, "Vətən” və digər çoxtirajlı qəzetlər Türkiyə dövləti başçısının Azərbaycana səfərinə, Bakıda keçirilən parada və bu təntənəli mərasimdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakına geniş yer ayırıblar. Anadolu agentliyi mövzu ilə bağlı 40 foto və 3 videomaterial yayıb. TRT HABER kanalı paradın açılış mərasimini birbaşa translyasiya edib. Bundan başqa, TRT-nin baş direktoru İbrahim Erenin layihə rəhbərliyi ilə bu kanal Bakının işğaldan azad olunmasının 100-cü ildönümünə həsr edilən bayram proqramı hazırlayıb.
Mövzunu manşet materialı kimi təqdim edən "Vətən”, "Milliyyət”, ”Sabah” və digər qəzetlər "İşğal bitmədən sərhədlər açılmaz” başlığı ilə təqdim etdikləri yazılarda dövlət başçılarının çıxışlarındakı mühüm məqamları alt başlıqlarla türkdilli oxucuların diqqətinə çatdırıblar.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışında Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirləri təqdim edən "Yeni çağ” qəzeti həmin yazı ilə yanaşı, təcavüzkar Ermənistanın işğalçı ordusunun cəbhə bölgəsində mülki azərbaycanlı əhalini davamlı şəkildə atəşə tutmasına dair məlumat yayıb.
Təqdirəlayiq haldır ki, qardaş ölkənin aparıcı nəşrlərinin tanınmış köşə yazarları da Bakının azad edilməsi ilə bağlı keçirilən parad və Ərdoğanın çıxışına yer ayırıblar. "Karar” qəzetinin köşə yazarı Mehmet Doğan "Bir asırlık devlet: Azerbaycan” başlıqlı məqaləsində Türkiyə prezidentinin səsləndirdiyi şerin Osmanlı əsgərini xatırlatdığını yazıb. "Bu bizim tariximiz, təəssüf ki, bilmirik”, - deyə müəllif yazıb. "Takvim” qəzetinin köşə yazarı Ekrem Kızıltaş "Biz böyleyiz işte...” başlıqlı məqaləsində yazır ki, Bakıda şəhərin bolşevik ve ermeni yaraqlılarından azad edilməsi mərasimini izləmək həqiqətən də çox gözəl bir mərasim idi: "Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Türkiyə və Azərbaycan qardaşlığına etdikləri vurğu,iki liderin nəzakət cümlələrindən çox, tarixdə yaşananların və hələ də yaşanmaqda olanların bir ifadəsiydi”. Müəlif ayzır ki, bugünki Azərbaycan həmin günlərə minnətdar olmalıdır. O günlərdə 1130 şəhid verilib. O dövrün xatirəsi olaraq Azərbaycanın 14 şəhərində Osmanlı Şəhidliyi var.Türkiyə və Azərbaycan arasındakı qatdaşlıq bağları da güçlənərək davam edir. "Önəmli olan da elə bu... Xülasə: Biz beləyik!.. Yaxşı ki, beləyik”, - deyə müəllif yazır. "Aksam” qəzetindəki "Tarihçi İlber Ortaylı Kafkas İslam Ordusu'nu anlattı” başlıqlı məqalədə tarixçi alim İlber Ortaylı 1918-ci il hadisələrini ətraflı açıqlayır. "Yeni cağ” qəzetinin köşə yazarı Arslan Tekin "İslam Ordusu - Turan Ordusu” başlıqlı məqalədə həmin hadisələrin mahiyyətini, təhlilini təqdim edilir. "Yeni safak” qəzetində dərc edilən "Olmazsa olmazımızdır” başlıqlı məqalədə Ərdoğanın Ermənistana ünvanlanan bəyanatına geniş yer verilib. "Türkiyə” qəzetinin köşə yazarı Rahim Er isə "KAFKAS İSLAM ORDUSU” başlıqlı məqalədə Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edib. "Bu ziyarət həm Azərbaycana "bir əsr əvvəl olduğu kimi bu gün də qiyamətə qədər yanınızdayıq” demək və həm də Suriya ilə İdlib məsələsində səmimi davranmayan Moskvaya mesaj deməkdir”, - deyə müəllif yazıb.
"Yeni safak” qəzetinin köşə yazarı SelçukTürkyılmaz "Bismillah” başlıqlı məqaləsində yazır ki, 1918-ci ildə Osmanlı ordusu xilaskar missiyanı yerinə yetirib. "Takvim” qəzetinin köşə yazarı Bülent Erandaç"Erdoğan’ın Aliyev, İzzetbegoviç ve Nazarbayev sevgisi” başlıqlı məqalədə Ərdoğan və Prezident İlham Əliyev arasındakı səmimi dostluq münasibətlərindən bəhs edib. "Ərdoğan və Əliyev birlikdə dünyaya mööhtəşəm bir mesaj verdilər”, - deyə o yazır. "Yenı cağ” qəzetinin köşə yazarı Selcan Taşçı Hamişoğlu "Yerelde ittifakı seçmen yapar” başlıqlı məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edir. Müəlif yazır ki, Azərbaycan torpaqlarında "işgalçı” durumdakı Ermənistana "Akdamar jesti" etmək lazım deyil.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər