• cümə, 29 Mart, 13:06
  • Baku Bakı 14°C

Türkiyə klubu “Milan”ı “dağıtmaq” niyyətindədir

16.06.17 17:00 964
Türkiyə klubu “Milan”ı “dağıtmaq” niyyətindədir
Başa çatan mövsümdə Türkiyə çempionatında 5-ci yeri tutan "Antalyaspor” daha ciddi uğurlara köklənib.
Kaspi.az xəbər verir ki, Antalya klubu növbəti mövsüm üçün heyəti gücləndirmək yönündə fəaliyyətə başlayıb. Klub rəhbərliyi İtaliya A seriyasında çıxış edən bir neçə futbolçunu transfer etmək istəyir.
"Antalayaspor” əsasən "Milan” və "İnter”in futbolçuları ilə maraqlanır. Məlumata görə, antalyalılar "Milan”ın xavbekləri Yura Kutsk və Xose Sose, müdafiəçisi Qabriel Palettanın xidmətlərində maraqlıdır.
"Antalyaspor” "İnter”dən Qari Medeleni də heyətə qatmağı planlaşdırır. Məlumatı "Antalyaspor”un prezidenti Əli Safarak da təsdiqləyib:
"Biz bir neçə İtaliya klubu ilə görüş keçirib, müzakirələr aparmışıq. Bəzi futbolçularla maraqlanırıq, üstəlik, İtaliya klubları ilə yoldaşlıq görüşləri keçirmək ideyası da var”.
"Antalyaspor” bir neçə gün əvvəl Jeremi Meneza ilə müqavilə bağlayıb. Bu futbolçu əvvəllər "Bordo”, "Milan”, PSJ və "Roma”da çıxış edib.
banner

Oxşar Xəbərlər