• cümə axşamı, 28 mart, 20:54
  • Baku Bakı 13°C

Türkiyə kitabsevərləri üçün böyük sərvət

19.04.19 12:15 492
Türkiyə kitabsevərləri üçün böyük sərvət
Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yazdığı əsərlərin türk dilində nəfis tərtibatla nəşr olunması Türkiyə kitabsevərləri üçün böyük sərvətdir. Əminəm ki, bu əsərlər Türkiyə kitabxanalarında nadir əsərlər sırasında qorunacaq.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankarada təqdimatı keçirilən "Heydər Əliyev: Şəxsiyyət və zaman”, "Heydər Əliyev: Kremldə beş il” və "Heydər Əliyev: Qayıdış” üçcildliyi ilə bağlı fikir və mülahizələrini bölüşərkən bildirib.
"Ümummilli lider Heydər Əliyev Atatürk qədər vətənsevər, cəsur və siyasi iradəli şəxsiyyət olub. Müasir Türkiyədə Heydər Əliyev yaxşı tanınır və sevilir. Lakin Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərinin dərindən öyrənilməsi çox vacib bir istiqamətdir. Bu mənada hesab edirəm ki, Elmira Axundovanın əsərləri Türkiyə ictimaiyyəti üçün çox dəyərli kitablardır. Gələcək nəsillər bu kitablar sayəsində Azərbaycanın keçdiyi inkişaf yolunu öyrənəcək və bu nailiyyətlərin səbəbkarını məhəbbətlə xatırlayacaq. Əsərlərin türk dilinə mükəmməl şəkildə tərcümə edilməsi və peşəkarcasına nəfis şəkildə dizayn olunub yüksək poliqrafiya ilə nəşr olunması onların cəlbediciliyini daha da artırır”,- deyə Şamil Ayrım vurğulayıb.
banner

Oxşar Xəbərlər