• cümə axşamı, 25 aprel, 14:07
  • Baku Bakı 23°C

Türkiyə jurnalistlərinin Əli Həsənovla görüşü qardaş ölkə mediasında da geniş işıqlandırılıb

07.04.15 09:39 1064
Türkiyə jurnalistlərinin Əli Həsənovla görüşü qardaş ölkə mediasında da geniş işıqlandırılıb
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan tanınmış media nümayəndələri ilə görüşünə Türkiyə mediasında geniş yer verilib.
Bununla bağlı dərc olunan materiallarda bildirilir ki, görüşdə Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri regional layihələrdən söhbət açılıb. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bu yaxınlarda TANAP layihəsi ilə bağlı önəmli addımın atıldığını vurğulayıb. Əli Həsənov qeyd edib ki, bu, iki ölkə arasında təbii qaz və neft ilə bağlı məsələlərdə Azərbaycanın Türkiyəyə verdiyi dəyərin göstəricisidir.
Ölkələrimiz arasındakı münasibətlərə də toxunan Əli Həsənov qeyd edib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət məhz Türkiyə olub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bu gün Azərbaycan və Türkiyənin strateji tərəfdaş olduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların son vəziyyəti haqqında məlumat verən Əli Həsənov problemlə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilmədiyini bildirib.

banner

Oxşar Xəbərlər