• cümə, 29 Mart, 17:45
  • Baku Bakı 14°C

Türkiyə istisnalar edilmiş ölkələrin siyahısındadır

03.11.18 11:30 441
Türkiyə istisnalar edilmiş ölkələrin siyahısındadır
Türkiyə İrana qarşı sanksiyalara əməl etməkdən bir müddətlik azad edilmiş 8 ölkənin siyahısına salına bilər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz jurnalistlərə bildirib.
F.Dönməz deyib: "Bizə daxil olan məlumata görə, Türkiyə istisnalar edilmiş ölkələrin siyahısındadır. Lakin təfərrüatlar barədə hələlik məlumatımız yoxdur".
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo ötən gün bildirib ki, ABŞ noyabrən 5-də İrana qarşı sanksiyalara əməl etməkdən bir müddətlik azad edilmiş 8 ölkənin siyahısını dərc edəcək. M.Pompeo qeyd edib ki, bu cür istisna Avropa İttifaqı üçün edilməyib.
Daha sonra ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Dövlət Departamentində keçirilən brifinqdə bildirib ki, 8 ölkə İrana qarşı sanksiyalara əməl etməkdən 180 gün müddətinə azad ediləcəklər və onların bu müddəti uzatmaq imkanı olmayacaq.
banner

Oxşar Xəbərlər