• cümə axşamı, 25 aprel, 05:09
  • Baku Bakı 19°C

Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək

22.05.18 14:30 550
Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək
İyunun 24-ü keçiriləcək prezident və parlament seçkilərindən sonra Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O ümid etdiyini bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da İsrailin ticarət blokadasına salınması qərarını həyata keçirəcək.
R.T.Ərdoğan əlavə edib ki, İƏT-in son sammitində fələstinlilərin müdafiəsi üçün BMT-yə sülhməramlı qüvvələrin yaradılması təklif edilib:"Biz hesab edirik ki, bu, İsrailin hərəkətlərinin qarşısını alacaq və onlar üçün BMT qüvvələrinə atəş açmaq asan olmayacaq”.
banner

Oxşar Xəbərlər