• cümə axşamı, 28 mart, 22:08
  • Baku Bakı 13°C

Türkiyə insanlarına ən yaxın ölkə Azərbaycandır - Sorğu

05.12.13 10:23 1285
Türkiyə insanlarına ən yaxın ölkə Azərbaycandır - Sorğu
Türkiyənin Kayseri şəhərindəki Kadir Has Universiteti xalqın xarici siyasət mövzularına münasibətini öyrənmək üçün rəy sorğusu keçirib. APA-nın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, 26 vilayətdə min nəfərlə keçirilən sorğuda respondentlər Türkiyəyə ən yaxın ölkə kimi Azərbaycanı gördüklərini bildiriblər. Sorğuya əsasən ölkədə türk dünyası ilə yaxınlaşmanın tərəfdarları artıb.
Sorğu iştirakçılarının əksəriyyəti – 65%-i hesab edir ki, Türkiyənin hazırda ən ciddi xarici siyasət problemi Suriya məsələsidir. Hökumətin Suriya ilə bağlı siyasətini uğurlu sayanlar cəmi 24%-dir. Respondentlərin 41,7%-i Türkiyənin Suriyadakı problemə müdaxilə etməsini istəmir, Suriyadakı silahlı müxalif qrupların dəstəklənməsini istəyənlərin miqdarı 5,2%-dir.
2012-ci ildə hökumətin xarici siyasətinin uğurlu olduğunu düşünənlərin faizi 34,7 idisə, hazırda bu dəstək 25%-ə geriləyib. İştirakçıların 38,6%-i hesab edir ki, Türkiyənin dostu yoxdur, 28%-i isə dünyada Türkiyəyə ən yaxın ölkə kimi Azərbaycanı görür. Respondentlərin 24%-i düşünür ki, Türkiyə öz xarici siyasətini Azərbaycan və türk cümhuriyyətləri ilə birlikdə aparmalıdır, sorğuya qatılanların 21%-i xarici siyasətin tək başına aparılmasına, 14,2%-i ABŞ-la birgə, 12,5%-i islam ölkələri ilə, 10,3%-i isə Avropa Birliyi ilə birlikdə aparılmasına tərəfdardır. Türkiyə cəmiyyətində İrana etimadsızlıq diqqət çəkir. Xarici siyasətin bu ölkə ilə birgə aparılmasını istəyənlər cəmi 5,7%-dir. Bundan başqa, İran ABŞ və İsraillə bərabər Türkiyəyə təhlükə törədən ölkələrdən biri sayılır.
Türkiyənin Avropa Birliyinə üzvlüyünə dəstək 47,5%-dir, lakin böyük əksəriyyət (77%) hesab edir ki, Brüssel Türkiyəyə münasibətdə səmimi deyil. Sorğuya qatılanların 46%-i əmindir ki, Türkiyə heç vaxt AB-yə qəbul edilməyəcək. AB-yə alternativ olaraq Türk Birliyi yaradılmasını istəyənlərin miqdarı 26%, NATO və ABŞ-la müttəfiqliyin möhkəmləndirilməsini istəyənlər 12,8%, İslam Əməkdaşlıq Təşkilatının rolunun artırılmasını istəyənlər 12,6%, Rusiya ilə strateji tərəfdaşlıq istəyənlər 12,3%, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasını istəyənlər isə 9%-dir.
banner

Oxşar Xəbərlər