• cümə, 29 Mart, 14:28
  • Baku Bakı 14°C

Türkiyə ilə Rusiya arasında mühüm razılaşma

30.06.16 10:48 976
Türkiyə ilə Rusiya arasında mühüm razılaşma
Ərdoğan: "Rusiya ilə münasibətlərin sürətlə əvvəlki vəziyyətə qaytarılması ilə bağlı Putinlə razılığa gəldik”
"Türkiyə və Rusiya arasında münasibətlərin sürətlə əvvəlki vəziyyətə qaytarılması ilə bağlı Rusiya prezidenti ilə razılığa gəldik”.
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib.
O bildirib ki, V. Putinlə sentyabr ayında Çində baş tutacaq G20 toplantısında görüş barədə qərara gəliblər: "Razılaşdıq ki, ilk addım olaraq turizm sahəsində dərhal qapıları açaq, bu sahədəki addımlarımızı sürətləndirək. Rusiya prezidenti artıq Nazirlər Kabinetinin toplantısını çağırıb və təlimat verib”.
banner

Oxşar Xəbərlər