• cümə, 19 Aprel, 20:32
  • Baku Bakı 24°C

Türkiyə ilə oyunda bütün Ukrayna səfərbər olunacaq

29.12.16 13:15 980
Türkiyə ilə oyunda bütün Ukrayna səfərbər olunacaq
Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko 2017-ci il, sentyabrın 17-də dünya çempionatının seçmə mərhələsində Türkiyə ilə keçiriləcək oyun barədə danışıb.
Kaspi.az xəbər verir ki, federasiya rəhbəri bu qarşılaşma üçün bütün Ukraynanın səfərbər olunacağını deyib. O, qarşılaşmanın hansı şəhərdə keçiriləcəyinin müzakirələrdən sonra bəlli olacağını deyib:
"Bu qarşılaşmaya hüquq-mühafizə orqanları, səfirlər, yerli hakimiyyətlə birgə hazırlaşacağıq. Bütün Ukrayna səfərbər olacaq ki, hər hansı bir qarşıdurma yaşanmasın. Oyunun hansı şəhərdə keçiriləcəyi isə müzakirələrdən sonra bəlli olacaq.
Bütün variantları nəzərdən keçirəcək, təhlükəsizlik üçün ən uyğun stadionu seçəcəyik. Bu qarşılaşmaya görə təşkilat komitəsi və xüsusi komissiya yaradılacaq. Türkiyə komandası ilə əvvəlki oyunlarda yaşanmış insidentlər bir daha təkrarlanmamalıdır.
Biz dünya çempionatına getmək istəyirik və çox istəyirik ki, çempionat Rusiyada keçirilməsin. Gəlin əvvəlcə dünya çempionatına vəsiqə qazanaq, sonra Rusiyaya gedib-getməyəcəyimizi müzakirə edək. Bu müddətdə çox şey dəyişə bilər”.
Kaspi.az
banner

Oxşar Xəbərlər