• cümə, 29 Mart, 16:45
  • Baku Bakı 14°C

Türkiyə ilə İran arasında sazişlər imzalanıb

29.01.14 11:36 1115
Türkiyə ilə İran arasında sazişlər imzalanıb
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində İran və Türkiyə arasında güzəştli ticarətə dair razılaşma, V Ticarət komitəsinin beyannaməsi, İranın “İRNA” və Türkiyənin “Anadolu” informasiya agentlikləri arasında əməkdaşlıq sazişi, habelə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədlər imzalandıqdan sonra Ərdoğan İran prezidentinin I müavini İshaq Cahangiri ilə birgə mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran Türkiyə baş naziri bildirib ki, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 21.8 mlrd. dollar təkil etsə də, 2013-cü ildə müvafiq göstərici 13.5 mlrd. dollara düşüb.
“Hədəfimiz 2015-ci ildə bu göstəricini 30 mlrd. dollaradək çatdırmaqdır”, - deyə Ərdoğan vurğulayıb.
Öz növbəsində İ.Canahgiri bildirib ki, İran-Türkiyə əlaqələri dərin köklərə malikdir və dövlətlər arasında dostluq münasibətlər mövcuddur.
Mətbuat konfransında həmçinin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və digər rəsmi şəxslər iştirak edib.
banner

Oxşar Xəbərlər