• şənbə, 20 Aprel, 12:02
  • Baku Bakı 23°C

Türkiyə ilə Azərbaycan HHQ-nin döyüş imkanlarını daha da gücləndirəcək birgə layihələr hazırlayır

23.07.18 18:19 473
Türkiyə ilə Azərbaycan HHQ-nin döyüş imkanlarını daha da gücləndirəcək birgə layihələr hazırlayır
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub.

banner

Oxşar Xəbərlər