AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyə ilə Azərbaycan hər zaman qardaşdır

Türkiyə ilə Azərbaycan hər zaman qardaşdır

Cəmiyyət
15 Sentyabr 2020, 13:00 141
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü münasibətilə qeyd etdiyimiz bu böyük bayram bütün Azərbaycana, Türkiyəyə, bütün türk millətinə mübarək olsun.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Türkiyə səfiri deyib ki, Azərbaycan və Anadolu türkünün yox edilmək istənildiyi bir dövrdə Osmanlı dövləti ən yaxşı əsgərlərini müxtəlif cəbhələrdən çəkib Azərbaycana göndərdi: "Bu, bizim qardaşlığımız baxımından çox böyük bir tarixi hadisədir. Osmanlı öz varlığını düşündüyü qədər Azərbaycan türkünün də varlığını düşünərək ordu göndərdi. Bu gün bizim iki dövlətimiz müstəqil, qardaş olaraq yaşayırsa, "bir millət, iki dövlətik” deyə biliriksə, biz bunu Qafqaz İslam Ordusuna, Bakının işğaldan azad edilməsinə borcluyuq.
Bu gün Türkiyə və Azərbaycan olaraq eyni şəkildə bizim əleyhimizə çıxanlara qarşı birlikdə daha güclüyük, biri-birimizdən güc alırıq: "Türkiyə ilə Azərbaycan hər zaman bir millət, iki dövlətdir və qardaşdır”.