• cümə, 19 Aprel, 14:04
  • Baku Bakı 25°C

Türkiyə ilə Avropa İttifaqı arasında böyük zirvə toplantısı keçiriləcək

18.01.18 10:40 553
Türkiyə ilə Avropa İttifaqı arasında böyük zirvə toplantısı keçiriləcək
Martın sonundaAvropa İttifaqıvə Türkiyə arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.
APA-nın məlumatına görə, bu barədə Almaniyanın "Welt” qəzeti Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verib.
Nəşrə görə, Brüssel Ankara ilə əlaqələri yaxşılaşdırmaq niyyətindədir. Sammitin əsas müzakirə mövzusunu beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika və təhsil məsələləri təşkil edəcək.
Məlumata görə, tədbirə Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan,Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker,Avropa İttifaqıŞurasının sədri Donald Tusk,Avropa Parlamentinin başçısı Antonio Tayani və Bolqarıstanın baş naziri Boyko Borisov qatılacaq.
Qeyd edək ki, yanvarın 1-dən rotasiya qaydasına uyğun olaraq BolqarıstanAvropa İttifaqıŞurasının sədri olub.
banner

Oxşar Xəbərlər