• cümə axşamı, 25 aprel, 21:28
  • Baku Bakı 21°C

Türkiyə hökuməti “Türk axını” layihəsinə dair Rusiya ilə əldə olunan sazişi təsdiqləyib

25.12.16 09:15 885
Türkiyə hökuməti “Türk axını” layihəsinə dair Rusiya ilə əldə olunan sazişi təsdiqləyib
TürkiyəNazirlər Kabineti"Türk axını” qaz borusu layihəsi ilə bağlı Rusiya-Türkiyə hökumətlərarası sazişin təsdiqlənməsinə dair qərar qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə məlumat "Resmi Gazete" rəsmi hökumət nəşrində dərc edilib.
Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi oktyabrın 10-da imzalayıb. Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. İkinci xəttin inşası Avropanın Rusiya qazında maraqlı olmasından asılı olacaq.
Qeyd edək ki, illik ümumi ötürmə gücünün 63 mlrd. kubmetr olacağı "Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur.
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan dekabrın əvvəlində parlamentin qəbul etdiyi "Türk axını”nın inşasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
banner

Oxşar Xəbərlər