Türkiyə HHQ İraqın şimalında 15 PKK terrorçusunu neytrallaşdırıb
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 15 PKK terrorçusunu neytrallaşdırıb.
Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, bu barədə ölkənin Baş Qərargahı bəyan edib.
"İyunun 22-də İraqın şimalında Qara rayonunda hava əməliyyatı zamanı 15 terrorçu məhv edilib", - deyə bəyanatda bildirilir.