• şənbə, 27 Aprel, 08:17
  • Baku Bakı 12°C

Türkiyə Hərbi Hava Qüvvələrinin 3 generalı istefa verib

29.07.13 14:32 1330
Türkiyə Hərbi Hava Qüvvələrinin 3 generalı istefa verib
APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, istefa verən yüksək rütbəli zabitlərin HHQ-nin qərargah rəisi, general-polkovnik Nezih Damcı, Hava Təlim komandanı general-leytenant Atilla Öztürk və Hava Texnik Məktəblər komandanı, general-leytenant Ziya Cemal Kadıoğlu olduğu bildirilir.
HHQ-in qərargah rəisi, general-polkovnik Nezih Damcının adı Şırnak və Uludərədə 34 nəfərin öldüyü bombardmanda hallanır.
Qeyd edək ki, istefalar 1-4 avqust tarixlərində keçiriləcək Yüksək Hərbi Şura (YAŞ) ərəfəsində verilib.
banner

Oxşar Xəbərlər