Türkiyə Hərbi Hava Qüvvələrinin 110 pilotu istefa verib

Türkiyə Hərbi Hava Qüvvələrinin 110 pilotu istefa verib

Təfsilat
01 Avqust 2013, 17:44 717
Bu ilin əvvəllərində Türkiyə Hərbi Hava Qüvvələrindən 110 pilot istefa verib

APA-nın məlumatına görə, bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib.

Nazirin sözlərinə görə, onlardan 63-ü döyüş təyyarələrinin pilotudur.

Türkiyədə bir F-16 pilotu olan leytenantın hazırlanması 4 milyon TL-yə başa gəlir.

Hazırda Türkiyədə 11 general pilot həbsdədir.