• şənbə, 27 Aprel, 03:12
  • Baku Bakı 14°C

Türkiyə hərbçilərinin Rusiyaya səfərinə qoyulan qadağa ləğv ediləcək

18.02.17 21:00 728
Türkiyə hərbçilərinin Rusiyaya səfərinə qoyulan qadağa ləğv ediləcək
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı yaxın zamanda türk hərbçilərin Rusiyaya səfərlərinə qoyulan qadağanı ləğv etmək niyyətindədir.
Bu barədəAPA"Anadolu”ya istinadən xəbər verir.
Xatırladaq ki, qadağa 2015-ci ilin noyabrından, Türkiyə Hərbi-HavaQüvvələrinin Rusiyaya məxsus SU-24 təyyarəsini vurmasından sonra tətbiq edilib.
Türkiyə Silahlı Qüvvələrinin normativ sənədlərinə əsasən, hərbçilərin xarici ölkələrə planlaşdırılmış səfərlərinin müddəti il ərzində 30 gündən çox olmamalıdır. Bundan başqa, türk hərbçilər xarici ölkələrə ixtisas artırmaq və seminarlarda iştirak etmək üçün səfər edə bilərlər.
banner

Oxşar Xəbərlər