AZE | RUS | ENG |

Türkiyə futbolu dünyada 3-cü yerdə!

Türkiyə futbolu dünyada 3-cü yerdə!
FİFA 2012-ci ilin transferləri ilə bağlı hesabat hazırlayıb. Lent.az-ın məlumatına görə, 33 səhifəlik rəsmi sənəddə futbolçu keçidləri müxtəlif göstəricilər üzrə təsnifləşdirilib. Beynəlxalq futbolçu keçidləri bazarının ümumi həcmi 2,53 milyard dollar təşkil edib. Bu, 2011-ci illə müqayisədə 10 faiz çoxdur. Ötən il digər çempionatlardan alınan futbolçulara ən çox xərci İngiltərə klubları çəkib. Bu, 314 milyon dollar təşkil edib. 2-ci yerdə Rusiya (256 milyon dollar), 3-cü pillədə isə Türkiyə (78 milyon dollar) qərarlaşıb. Keçidlər üçün agentlərə komissiya haqqını daha çox İngiltərə (59 milyon dollar), İtaliya (41 milyon dollar) və Rusiya (23 milyon dollar) klubları ödəyib. Oyunçu satışından ən çox gəliri Braziliya klubları (121 milyon dollar) qazanıb. 2-ci yerdə Portuqaliya (103 milyon dollar) qərarlaşıb. Beynəlxalq transfer bazarında hamıdan çox oyunçu (1463) Braziliyadan alınıb. 2-ci yerdə Argentina (782), 3-cü pillədə isə Böyük Britaniya (507) qərarlaşıb. Beynəlxalq transferlərə cəlb olunmuş oyunçuların orta yaş həddi isə 24 yaş 4 ay təşkil edib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805