• şənbə, 27 Aprel, 03:39
  • Baku Bakı 14°C

Türkiyə “F-35”lərin ilin sonunadək ölkəyə gətiriləcəyini gözləyir

14.03.19 15:30 424
Türkiyə “F-35”lərin ilin sonunadək ölkəyə gətiriləcəyini gözləyir
Türkiyə cari ilin noyabrında "F-35” qırıcılarının ölkənin Malatya bölgəsindəki aviabazaya gətiriləcəyini proqnozlaşdırır.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar açıqlama verib. Nazir bildirib ki, aparılan testlər nəticəsində "F-35”lər normal görünür və türkiyəli pilotlar ABŞ-da bu təyyarələr üzərində təlim almaqdadırlar.
Suriyanın İdlib bölgəsi ilə bağlı Türkiyə və Rusiya arasında əldə olunan anlaşmanın icra vəziyyətinə münasibət bildirən nazir deyib ki, ortaq əlaqələndirmə mərkəzinin qurulması üzərində əməkdaşlıq davam edir.
banner

Oxşar Xəbərlər