• çərşənbə, 24 Aprel, 21:23
  • Baku Bakı 23°C

Türkiyə-Ermənistan sərhədində aksiya

12.08.14 13:06 892
Türkiyə-Ermənistan sərhədində aksiya
Türkiyədə yaşayan azərbaycanlılar Türkiyə - Ermənistan sərhədində aksiya keçiriblər. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu və təşkilatın İğdır şöbəsi İdarə Heyətinin üzvləri İğdırdakı Əlican sərhəd-keçid məntəqəsinin qarşısından Azərbaycana dəstək mesajı göndəriblər. Əlican qapısına geniş bir heyətlə gəlmiş təşkilat üzvləri son vaxtlar Ermənistanın hücumları nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasından dərin kədər ifadə edərək, “Azərbaycanın yanındayıq” bəyanatını veriblər.
Ə. Türkoğlu açıqlamasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginliyin məhz Ermənistan tərəfinin hücumlarından qaynaqlandığını vurğulayıb. O, Azərbaycanın şəhid olmuş əsgərlərinin ailələrinin dərdini bölüşdüyünü və yaralılara şəfa dilədiyini deyib. Azərbaycanın hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu bildirən Ə. Türkoğlu qeyd edib ki, Azərbaycanın Ermənistanın hücumlarının qarşısını alacaq gücü var: “Son günlər cəbhə xəttində Azərbaycan ordusunun güclü duruşu bunu bir daha sübut etdi”.
Ən yaxın zamanda Dağlıq Qarabağ və ətraf rayonların azad olunacağına ümid bəsləyən təşkilat sədri bu yolda Azərbaycana hər cür dəstəyi göstərəcəklərini deyib. Ənvər Türkoğlu eyni zamanda Türkiyə ilə Ermənistan arasındakı Əlican sərhəd-keçid məntəqəsinin ancaq Azərbaycan torpaqlarının işğaldan azad edildikdən sonra açıla biləcəyini, digər şərtlərdə qapının açılmasının qəbuledilməz olduğunu söyləyib.
banner

Oxşar Xəbərlər