AZE | RUS | ENG |

Türkiyə edama etiraz etdi, səfirini geri çağırdı

Türkiyə edama etiraz etdi, səfirini geri çağırdı
Türkiyə Banqladeşdə "Cemaati İslami” təşkilatının lideri, 73 yaşlı Motiur Rahman Nizaminin edam olunmasına sərt etirazını bildirib.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Banqladeşdəki səfiri Devrim Öztürkü məsləhətləşmələr üçün geri çağırıb. D. Öztürk Ankaraya qayıtdıqdan sonra prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Səfirin Türkiyədə nə qədər qalacağı bəlli deyil.
 
Türkiyə XİN-in açıqlamasında Banqladeşdə daha əvvəl sənaye və kənd təsərrüfatı naziri vəzifəsində çalışmış Rahman Nizaminin belə bir cəzaya layiq olmadığı bildirilib: "Edamı şiddətlə qınayır, mərhuma Allahdan rəhmət diləyirik. Banqladeşdə edam cəzalarının təxirə salınması üçün bu ölkə rəhbərliyinə dəfələrlə yüksək səviyyələrdə çağırış etmiş, cəzaların həyata keçirilməsinin toplumda yeni gərginliklərə yol açacağı ilə bağlı narahatlığımızı bildirmişdik. Edam cəzasını ləğv etmiş bir ölkə olaraq keçmişin yaralarının bu üsullarla sarılmasının mümkün olmadığını və bunun banqladeşli qardaşlarımız arasında kin və nifrəti körükləyəcəyini hesab edirik”.  
 
Qeyd edək ki, Banqladeşin ən böyük islam partiyasının lideri olan Motuir Rahman Nizami 1971-ci ildə müstəqillik mübarizəsi sırasında Pakistanla əməkdaşlığa gedərək soyqırım və hərbi cinayətlər törətməkdə ittiham olunurdu. Üç ayrı cinayətdə suçlanan Nizaminin 480 nəfərin ölümündə rol oynadığı bildirilib. O, xüsusi məhkəmədə mühakimə olunaraq edama məhkum edilib. Xatırladaq ki, 1971-ci ildə Pakistanın şərqi və qərbi arasında başlayan vətəndaş müharibəsi ölkənin parçalanması və Banqladeş dövlətinin qurulması ilə nəticələnib. 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917