• cümə axşamı, 28 mart, 16:01
  • Baku Bakı 16°C

"Türkiyə-Azərbaycan birliyinin böyük gələcəyi var”

25.04.18 16:32 734
"Türkiyə-Azərbaycan birliyinin böyük gələcəyi var”
"Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidentiİlham ƏliyevAnkarada Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Türkiyədə baş verənləri böyük sevinclə qarşılayır: "Əziz qardaşımın liderliyi ilə Türkiyə böyük yol keçib. Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi sevindirir. Türkiyə dünyada bir gücdür. Getdikcə bu güc daha da böyüyür. Dostlar sevinir, düşmənlərin kefi pozulur. Əminəm ki, bundan sonra da Türkiyə yalnız qələbə və uğur yolu ilə gedəcək”.
İlham Əliyev qeyd edib ki, TürkiyəDağlıq Qarabağmünaqişəsində də Azərbaycanı dəstəkləyib. Bu dəstək, həmrəylik bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə vəBMTTŞ-nin qətnamələrinə əsasən həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa ediməlidir.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan terrorla mübarizəsində hər zaman Türkiyə ilə həmrəylik nümayiş etdirib, Türkiyənin yanında olub: ""Zeytun budağı” əməliyyatında uğurlara görə qardaş xalqı təbrik edirəm. Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub".
Prezident bildirib ki, iki ölkə birgə səylərlə böyük layihələr həyata keçirir:

"BTQ, TAP,TANAPböyük layihələrdir. Bu layihələr bizim birgə səylərimiz nəticəsində icra edilir. Biz Avropanın enerji və nəqliyyat xəritəsini yenidən qururuq, bu bizim gücümüzü artırır, regional əməkdaşlığı gücləndirir, regionun təhlükəsizliyinə töhfə verir. Bu layihələrin tək iqtisadi deyil, böyük siyasi əhəmiyyəti də var. Bunlar sülh və təhlükəsizliyi təmin edən layihələrdir.

İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu da artır. Azərbaycan Türkiyəyə 14 milyard dollar, Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar yatırım qoyub. Yalnız qardaş ölkələr bu qədər böyük məbləğdə yatırım edər. Yaxın gələcəkdəTANAPvə "Star” zavodunun açılışı imkanlarımızı daha da artıracaq. Ticarət dövriyyəsi də daha da artacaq.

Mayda Azərbaycanın birinci cumhuriyyətinin və bu il Qafqaz İslam Ordusunun köməyi ilə Bakının erməni quldur dəstələrindən azad edilməsinin 100 illiyi qeyd ediləcək. Tarix göstərir ki, biz bir olmuşuq və həmişə bir yerdə olacağıq", - deyə prezident qeyd edib.
banner

Oxşar Xəbərlər