• cümə, 29 Mart, 15:11
  • Baku Bakı 14°C

Türkiyə böyük faciə yaşayır: Yüzlərlə ölən var - Fotolar

14.05.14 08:03 1809
Türkiyə böyük faciə yaşayır: Yüzlərlə ölən var - Fotolar
Bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" yayıb.
Nazir qeyd edib ki, qəza vaxtı şaxtada 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.
Daha əvvə 166 nəfərin öldüyü bildirilirdi. Onların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki partlayış növbə dəyişikliyi zamanı baş verib.
Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində, yerin təxminən 2 km dərinliyində baş verib.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.

banner

Oxşar Xəbərlər