AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyə baş nazirinin erməni müşaviri vəzifəsini itirdi

Türkiyə baş nazirinin erməni müşaviri vəzifəsini itirdi

Təfsilat
16 Aprel 2015, 10:27 494
Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş müşaviri Etyen Mahçupyan vəzifəsindən ayrılıb. Lent.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, erməni əsilli siyasətçi yaş həddi ilə əlaqədar tutduğu vəzifəsindən getməli olub.

E.Mahçupyan açıqlamasında xəbəri təsdiqləyib: “Mart-ın 9-da avtomatik olaraq yaş həddi ilə əlaqədar vəzifənizi tərk etməli olursunuz. Mən dövlət məmuru idim, bundan sonra isə sərbəst fəaliyyət göstərəcəm və ölkədən kənarda çalışacam. Mənim üçün tək bir dəyişiklik budur ki, artıq maaş almıram”.

Qeyd edək ki, bu günlərdə erməni siyasətçi qondarma erməni soyqırımı ilə bağlı açıqlama vermiş və türklər tərəfindən yüz minlərlə erməninin öldürüldüyünü iddia etmişdi.