• çərşənbə, 24 Aprel, 06:00
  • Baku Bakı 13°C

Türkiyə baş naziri Azərbaycan prezidentini təbrik edib

22.12.14 18:39 912
Türkiyə baş naziri Azərbaycan prezidentini təbrik edib
Türkiyə baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti iə təbrik edib.
APA-nın məlumatına görə, Ə. Davudoğlunun məktubunda deyilir:
”Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əlaqələrimizin bugünkü strateji müttəfiqlik səviyyəsinə çatmasında Zati-alinizin dəyərli töhfələrinin oynadığı rolun əhəmiyyətini yüksək qiymətləndirdiyimizi ifadə etmək istəyirəm. Eyni zamanda, geniş dünyagörüşünüz və müdrik liderliyiniz sayəsində qardaş Azərbaycanın sürətlə inkişaf etdiyini, həm beynəlxalq aləmdə, həm də regionda getdikcə daha qüdrətli söz sahibinə çevrilməsini görməkdən çox məmnunuq. Eyni zamanda, 2015-ci il yanvarın 15-də ölkəmizə edəcəyiniz səfər zamanı Zati-aliniz ilə görüşməkdən şad olacam. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə ən səmimi arzularımı ifadə edirəm”.
banner

Oxşar Xəbərlər