• cümə axşamı, 28 mart, 23:07
  • Baku Bakı 13°C

Türkiyə Azərbaycanla yeni enerji layihələrini reallaşdırmağa hazırdır

31.05.18 14:15 543
Türkiyə Azərbaycanla yeni enerji layihələrini reallaşdırmağa hazırdır
Türkiyə Azərbaycanla yeni energetika layihələrinin reallaşdırılmasında maraqlıdır.
Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən deyiblər.
Qurumdan bildiriblər ki, Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, həmçinin Transanadolu boru kəməri (TANAP) kimi bir sıra mühüm enerji layihələrini həyata keçiriblər: "Azərbaycanla birgə bütün layihələr təxirə salınmadan reallaşdırılıb".
Qeyd olunub ki, iyunun 12-də Türkiyədə açılışı olacaq TANAP Bakı və Ankaranın energetika sahəsində əməkdaşlığına parlaq nümunələrdən biridir.
Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 94%-i tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.
banner

Oxşar Xəbərlər