AZE | RUS | ENG |

Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq

Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq
Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq.
 
Bunu Trend-ə 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
 
Qeyd olunub ki, Türkiyə ölkəsinin müstəqilliyi üçün canını qurban vermiş qardaş Azərbaycanın oğul və qızlarını heç vaxt unutmayacaq: "20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, bu yara Azərbaycan və Türkiyə xalqlarının yaddaşında hələ də təzədir”.
 
Administrasiyadan onu da bildiriblər ki, Türkiyə həmişə və bütün məsələlərdə Azərbaycanı dəstəkləyir: "Təbii ki, Azərbaycan da Türkiyəni hər zaman dəstəkləyib və dəstəkləyir".
 
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
 
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045