• cümə axşamı, 25 aprel, 09:48
  • Baku Bakı 14°C

Türkiyə Azərbaycandan qaz tədarükünü artırır

15.10.21 15:49 259
Türkiyə Azərbaycandan qaz tədarükünü artırır
Cari qış mövsümündə havaların sərt keçəcəyi ilə bağlı proqnozlara əsasən Türkiyə ciddi enerji tədarüklərinə başlayıb.
AZƏRTACxəbər verir ki, Azərbaycan və Türkiyə arasında 11 milyard kubmetr əlavə təbii qaz razılaşması bir tərəfdən cari qış mövsümünə hazırlıq, digər tərəfdən isə Türkiyədə enerji məhsullarına artan digər tələbatlarla bağlıdır.
Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönməz bu barədə açıqlamasında deyib: "Qış yaxınlaşdıqca təbii qaza olan tələbatın artması səbəbindən aparılan danışıqlar faydalı nəticələr verib. Qaz tədarük etdiyimiz ölkələr Türkiyəyə nəql edilən qazın artırılacağını bəyan ediblər. Bu çərçivədə 2024-cü ilin sonunadək Azərbaycandan Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə əlavə 11 milyard kubmetr qaz ixracı barədə müqavilə imzalanıb”.
banner

Oxşar Xəbərlər