• cümə, 26 Aprel, 00:57
  • Baku Bakı 16°C

Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlıları birgə təlimlərdə

01.06.15 10:51 1473
Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlıları birgə təlimlərdə
Türkiyə, Azərbaycan və Gürcüstan silahlı qüvvələrinin xüsusi təyinatlılarının iştirakı ilə birgə hərbi təlimlər başlayıb. APA-nın Türkiyə Silahlı Qüvvələrinin saytına istinadən verdiyi xəbərə görə, təlimlər mayın 31-də Türkiyədə başlayıb və iyunun 10-da yekunlaşacaq.
Təlimdə məqsəd iştirakçı ölkələrin xüsusi təyinatlı qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı, birlikdə əməliyyat aparmaq bacarıqlarını inkişaf etdirmək, qarşılıqlı bilgi və təcrübə mübadiləsi həyata keçirməkdir.
Təlimdə Türkiyədən bir xüsusi təyinatlı rota, iki helikopter və bir nəqliyyat təyyarəsi, Azərbaycan və Gürcüstanın hərəsindən bir xüsusi təyinatlı rota iştirak edir.
banner

Oxşar Xəbərlər