• cümə axşamı, 28 mart, 18:55
  • Baku Bakı 13°C

“Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”

10.07.18 17:12 503
“Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”
"TürkiyəDağlıq Qarabağməsələsində daim Azərbaycana dəstək verir”.APA-nın məlumatınagörə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevBakıda rəsmi səfərdə olan Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı deyib ki, ErmənistanBMTqətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir: "Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir”.

İ. Əliyev qeyd edib ki, Türkiyə ordusu dünyada ən güclü ordulardan biridir.

Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyədən yeni, müasir silahlar alır və bu silahların bir hissəsi bu günlərdə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib: "Bu il Türkiyə ilə Azərbaycan arasında hərbçilərin iştirakı ilə 7 birgə təlim keçirilməlidir. Bu təlimlərdən 3-ü keçirilib, dördü də keçiriləcək”.
Azərbaycan dövlət başçısı qeyd edib ki, son seçkilərdə Türkiyə xalqı yenidən R. T. Ərdoğana etimad göstərib: "Sizin liderliyinizlə Türkiyə şərəfli yol keçib, dünyada gücə çevrilib, beynəlxalq aləmdə nüfuz sahibidir. Türkiyə iqtisadi inkişafa görə dünyada ən qabaqcıl yerlərdədir. Sizin rəhbərliyinizlə Türkiyədə sabitlik bərqərar olub. Türkiyənin uğurları Azərbaycan xalqını sevindirir. Bizim şəxsi dostluq əlaqələrimiz ölkələrimizi bir-birinə sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələriən yüksək səviyyədədir. Biz beynəlxalq aləmdə daim bir-birimizi dəstəkləyirik”.

Prezident Türkiyə şirkətlərinin Azərbaycana 12 milyard dollardan çox vəsait qoyduqlarını söyləyib: "Keçən ay ƏskişəhərdəTANAP-ın açılışında bir yerdə olmuşuq.TANAPlayihəsinin təməlini 2012-ci ildə İstanbulda saziş imzalamaqla qoymuşuq. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası başa çatır.TANAP-ın başa çatması bu istiqamətdə atılan böyük addımdır. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Bizim birgə layihələrimiz nəinki region, Avrasiya üçün də böyük əhəmiyyət daşıyır, regional sabitliyə böyük töhfə verir. Əminəm ki, Türkiyə və Azərbaycanın birgə səyi ilə bölgədə sülh yaranacaq”.
banner

Oxşar Xəbərlər