• cümə axşamı, 25 aprel, 08:58
  • Baku Bakı 14°C

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətini gücləndirib

02.09.18 14:23 566
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətini gücləndirib
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətini gücləndirib.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. O qeyd edib ki, Türkiyənin Kocaeli şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi terroru əks etdirən muzey fəaliyyət göstərir. Bolqarıstan, Macarıstan və Almaniya televiziyaları erməni terrorunun dünyaya çatdırılması üçün Heydər Əliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən muzeydə sənədli film hazırlayıb. Federasiya sədri əlavə edib ki, Türkiyə vətəndaşlarına və xarici qonaqlara hadisələri tam ətraflı çatdırmaq üçün Heydər Əliyev adına MədəniyyətMərkəzindəki kitabxananın və muzeyin daha da zənginləşdirilməsi istiqamətində də bir sıra addımların atılır. Əksər insanlar ermənilərin törətdikləri terror aktları ilə bağlı faktlarla ilk dəfə bu mərkəzdəki sənədlər əsasında tanış olublar.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri bununla yanaşı, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi sosial layihələrlə bağlı da məlumat verib. Onun sözlərinə görə, federasiyanın vasitəçiliyi ilə Kocaeli valiliyi bu şəhərdəki ali məktəbdə təhsil alan 200-ə yaxın azərbaycanlı tələbəyə birdəfəlik tələbə təqaüdü verib.
Bundan başqa Kocaeli şəhər Bələdiyyəsi və Türk Dünyası Bələdiyyələri Birliyinin sədri İbrahim Karaosmanoğlunun qərarı ilə azərbaycanlı tələbələrin bələdiyyəyə məxsus ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrinə imkan yaradılıb.
Həmçinin Bilal Dündar qeyd edib ki, oktyabr ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının da iştirakı ilə Kocaeli vilayətinin Körfəz bələdiyyəsinin sədri İsmayıl Baran başda olmaqla böyük nümayəndə heyəti Azərbaycana, Göyçay rayonuna səfər edəcək. Bu rayonda Körfəz istirahət parkının açılacağı gözlənilir.

banner

Oxşar Xəbərlər