• cümə, 26 Aprel, 19:04
  • Baku Bakı 22°C

Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb

04.06.18 19:06 503
Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb
Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

MN-dənAPA-ya verilən məlumata görə, birgə taktiki təlimin son günü "Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
banner

Oxşar Xəbərlər