AZE | RUS | ENG |


Türkiyə-Azərbaycan aktyorları bir filmdə - “Yanlış anlama”

Türkiyə-Azərbaycan aktyorları bir filmdə - “Yanlış anlama”
Türkiyə və Azərbaycanın tanınmış aktyorlarının çəkildiyi yeni film nümayişə buraxılır. 
 
Kulis.az-ın verdiyi xəbərə görə,  "Yanlış anlama” komediya filmi 27 oktyabrda Türkiyədə viziona çıxacaq. Film həmçinin Azərbaycanda da kinoteatrlarda nümayiş olunacaq.
 
Əyləncəli komediya filmi Türkiyə və Azərbaycanda yaşayan iki ailənin başına gələn macəralardan bəhs edir. Ailələrin birgə keçirdikləri 10 günü göstərən filmdə iki dilin həm yaxınlığı, həm də fərqliliyindən yaranan yanlış anlamaların meydana gətirdiyi komik situasiyalar filmin əsas süjet xəttini təşkil edir.
 
Aktyor heyətində Şevket Çoruhla yanaşı, İlker Ayrık, Hakan Bilgin, Bahadır Efe, Duygu Karaca, Pelin Sönmez kimi ifaçıların olduğu filmdə Azərbaycanın çox məşhur aktyorları Pərvin Abiyeva, İslam Mehrəliyev, Ötkəm İsgəndərov və Fərda Amin kimi çəkilib.
 
Levent Cengizhanın prodüserliyi ilə "DADA Yapım” şirkətinin istehsalı olan filmin rejissoru Ulaş Cihan Şimşek, ssenari müəllifi isə Ayberk Çınardır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001