• cümə axşamı, 25 aprel, 16:55
  • Baku Bakı 23°C

Türkiyə Andorranı darmadağın edib

07.09.13 08:22 1409
Türkiyə Andorranı darmadağın edib
APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, millimizin yer aldığı F qrupu ilə yanaşı, digər qruplarda da azarkeşlər maraqlı qarşılaşmaların şahidi olub.
Səfərdə Şimali İrlandiyanın qonağı olacaq qrup lideri Portuqaliya millisi bu oyunda 4:2 hesabı ilə qalib gələrək yerini möhkəmləndirib. Rusiya yığması isə doğma azarkeşləri önündə Lüksemburqu qəbul edib. Fabio Kapellonun yetirmələri rəqibi 4 qolla məğlub edərək xalını daha da artırıb.
Yeni baş məşqçisi Fatih Terimlə ilk matçına çıxan Türkiyə millisi evdə Andorranı qəbul edib. Dünya Kubokuna qatılmaq şansı çox az olan qardaş ölkə yığması bu oyunda 5 cavabsız qolla sevinib.
Fransa millisi isə İ qrupunda qonşu Gürcüstanın qonağı olub. Tiflisdə baş tutan oyunda qolsuz bərabərlik qeydə alınıb. Səfərdə Finlandiya ilə qarşılaşan son Avropa və dünya çempionu İspaniya isə rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Bakı vaxtı ilə saat 22:45-də səfərdə İsraillə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər