• şənbə, 20 Aprel, 01:36
  • Baku Bakı 15°C

Türkiyə Almaniyaya ikinci dəfə nota göndərdi

23.03.18 17:54 424
Türkiyə Almaniyaya ikinci dəfə nota göndərdi
Berlinin mərkəzində məscid binası və türk mədəni mərkəzinin yandırılması səbəbilə Türkiyə Almaniyaya ikinci dəfə nota göndərib. Bunu Türkiyə XİN-in xüsusi nümayəndəsi Hami Aksoy deyib.
Aksoyun sözlərinə görə, Almaniya hələlik Türkiyənin etiraz notasına cavab verməyib.

Qeyd edək ki, birinci dəfə nota martın 12-də göndərilib.
Türkiyə Almaniyanı türk vətəndaşların təhlükəsizliyinə diqqətlə yanaşmağa və cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Məlumat üçün deyək ki, 2018-ci ilin əvvəlindən Almaniyada 28 məscidə hücum faktı qeydə alınıb. Ötən il ərzində isə ümumilikdə 100 məscidə hücum olub.
banner

Oxşar Xəbərlər