• çərşənbə, 24 Aprel, 23:58
  • Baku Bakı 23°C

"Türkiyə Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır"

09.04.18 15:15 632
"Türkiyə Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır"
"Afrində vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onuSuriyahökumətinin nəzarətinə qaytarmaqdır".
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrovdeyib.
S. Lavrov xatırladıb ki, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanheç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini söyləməyib: "Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu əraziSuriyahökumətinin nəzarətinə qaytarılmalıdır”.
Qeyd edək ki, Türkiyə ordusu və müxalif AzadSuriyaOrdusu bu il yanvarın 20-də Afrin bölgəsini PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı” əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri terrorçulardan alınıb və bununla da əməliyyatın əsas mərhələsi başa çatıb.
banner

Oxşar Xəbərlər