• cümə, 29 Mart, 05:15
  • Baku Bakı 7°C

Türkiyə Afrindəki əməliyyatın ilk mərhələsini başa çatdırıb

25.02.18 19:40 377
Türkiyə Afrindəki əməliyyatın ilk mərhələsini başa çatdırıb
Türkiyə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" anti-terror əməliyyatının birinci mərhələsini başa çatdırıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli "Habertürk" telekanalı məlumat yayıb.
Bildirilir ki, Türkiyənin Hatay və Kiliz rayonlarından ərəb respublikası ərazisinə daxil olan hərbçilər Afrin ətrafında birləşərək aypara şəklində xətt formalaşdırıblarlar.
Türkiyə yanvarın 20-də Suriyanın şimalında kürd terrorçularına qarşı "Zeytun budağı" əməliyyatlarına başlayıb. Bu günə qədər əməliyyat çərçivəsində 2021 terrorçu məhv edilib.
banner

Oxşar Xəbərlər