• cümə, 29 Mart, 20:03
  • Baku Bakı 14°C

Türkiyə-ABŞ münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib

04.04.19 09:07 405
Türkiyə-ABŞ münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın döblət katibi Mayk Pompeo ilə görüşüb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Türkiyə-ABŞ münasibətlərinin hazırkı vəziyyəti müzakirə ediblər.
Bundan əlavə M.Çavuşoğlu və M.Pompeo iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri ABŞ-ın paytaxtına NATO ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün səfərə gedib.
banner

Oxşar Xəbərlər