• cümə axşamı, 18 aprel, 15:03
  • Baku Bakı 22°C

Türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda konfrans keçirilib - Fotolar

18.05.17 16:25 1336
Türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda konfrans keçirilib - Fotolar
Bakı Dövlət Universitetində Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda respublika elmi praktik konfransı keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik AbelMəhərrəmov konfransın əhəmiyyətindən danışıb. Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi, türk xalqları üzrə mənbələr və tarixşünaslıq, tarixi şəxsiyyətlərimiz, türk xalqları və din, türk xalqlarının yeni və müasir dövrlər tarixi kimi məsələlərin müzakirə olunacağı konfransın keçirilməsini yüksək qiymətləndiran rektor onun işinə uğurlar arzulayıb, türk xalqları tarixi kafedrasının fəaliyyətini xüsusilə qeyd edib.

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayevin çıxışından sonra Türk xalqlarının tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova"Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – 98 yaşlı Bakı Dövlət Universiteti Azərbaycan Respublikası ilə yaşıd olan Türk xalqları tarixi kafedrası” mövzusunda məruzə edib.

BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan "Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən bəhs edib.

Təbrik çxışlarında kafedranın fəaliyyətindən, elm və təhsil sistemindəki rolundan danışılıb.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. 12 bölmədə 57 məruzə dinlənilib.



banner

Oxşar Xəbərlər