• cümə axşamı, 28 mart, 17:04
  • Baku Bakı 16°C

Türk uğrunda mübarizəyə “hindular” da qoşuldu

09.07.18 12:20 570
Türk uğrunda mübarizəyə  “hindular” da qoşuldu
"Frayburq”un türk əsilli futbolçusu Çağlar Söyünçü bir sıra Avropa nəhənglərinin diqqət mərkəzindədir.
Kaspi.az xəbər verir ki, Çağların yay transfer dönəmində "Frayburq”dan ayrılacağı demək olar ki, dəqiqləşib.
Onunla "Arsenal” ciddi maraqlanırdı. "Topçular”ın Çağlarla danışıq apardığı barədə də məlumat yayılmışdı. Amma Almaniya mətbuatında yayılan yeni məlumatda bildirilir ki, Madrid "Atletiko”su da Çağlar uğrunda mübarizəyə qoşulub.
"Hindular”ın futbolçuya "arsenal”dan daha sərfəli təklif irəli sürdüyü bildirilir. Çağların bu təklifə münasibəti barədə isə məlumat verilmir.
banner

Oxşar Xəbərlər